Malaziyanın paytaxtı Kuala Lumpurda yerləşən məktəbdə yanğın hadisəsi baş verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, səhər saatlarında baş verən yanğında 25 şagird və müəllimin dünyasını həlak olduğu deyilir.

Yanğınsöndürənlər və təcili tibbi yardım maşınları hadisə yerinə cəlb edilib. Çox sayda yaralının olduğu və ölənlərin sayının artacağı təxmin edilir. 

Qeyd edək ki, Malaziyada 2015-ci ildən bəri dini məktəblərdə 211 yanğın hadisəsi baş verib.

Gülşən

Qaynarinfo.Az