U-21 millimizin yeni baş məşqçisi müəyyənləşib. "Qaynarinfo" AFFA-nın saytına istinadən xəbər verir ki, Məşqçilər Komitəsinin təklifinə əsasən məsul iş müvəqqəti olaraq Samir Ələkbərova tapşırılıb.

Ələkbərov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabr və noyabr aylarında keçirəcəyi oyunlarda yığmanın "sükanı arxası"nda olacaq. Aslan Kərimov və Cahangir Həsənzadə isə seçmədə köməkçi-məşqçi vəzifəsini yerinə yetirəcək. 

Qeyd edək ki, millimiz oktyabrın 6-da Almaniya ilə səfərdə, noyabrın 9-da isə Bakıda qarşılaşacaq. 5 gün sonra təmsilçimiz Kosovo ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qaynarinfo.Az