Şimali Koreya BMT tərəfindən qəbul edilən son sanksiya qərarından sonra Yaponiya və ABŞ-a hədələr yağdırıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya nüvə silahından istifadə etməklə Yaponiyanı batırmaq, ABŞ-ı isə külə çevirmək və qaranlığa qərq etməklə hədələyib: "Juche nüvə bombası ilə 4 adanın batırılması lazımdır, artıq Yaponiyanın yanımızda olmasına ehtiyac yoxdur".

Qeyd edək ki, BMT Şimali Koreyanın hidrogen bombası sınağından sonra bu ölkənin mədəm və tikiş ixracatına qadağa qoyub.

Gülşən

Qaynarinfo.Az