NASA Saturnu araşdıran kosmik gəmi "Cassini-Huygens"in planetin atmosferi ilə toqquşması və məhv olması barədə məlumat yayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 13 ildir Saturnun ətrafında fırlanan və məlumatlar ötürən kosmik gəmi 120 km sürətlə atmosferə çırpılıb və son anda əldə etdiyi məlumatları yerə göndərib. 

1997-ci ildə kosmosa göndərilən gəmi 2004-cü ildə Saturna çatmış, Saturn və Yupiteri araşdırmaq məqsədilə istifadə edilmişdi. "Cassini-Huygens" hər gün fotolar çəkir və məlumatlar göndərirdi. 

Qeyd edək ki, kosmik gəmiyə bu günə qədər 4 milyard dollar xərclənib. 

Alimlər "Cassini-Huygens"in məhv olmasına bilərəkdən icazə veriblər, çünki kosmik gəminin həyat ehtimalı olan Titan və Əndəlüs kimi peyklərlə toqquşma ehtimalı var idi.

Gülşən

Qaynarinfo.Az