Telefonlar, dizüstü kompüterlər “BlueBorne” adı verilən və istifadəçinin xəbəri olmadan sistemə girən mükəmməl hazırlanmış kiber hücuma qarşı müdafiəsiz vəziyyətdədir.

“Qaynarinfo” xəbər verir ki, kiber təhlükəsizlik şirkəti Armis Sekuriti “Bluetooth”a sahib bütün elektronika cihazlarına asanlıqla girə bilən virusun təhlükəsizlik baxımından çox çətin aşkara çıxarıla biləcək boşluğunu tapıb. “BlueBorne” adlı virus hava yoluyla yaradılan əlaqə vasitəsi ilə cihazlara daxil olur və şəxsi məlumatları oğurlaya bilir.

Bu qədər güclü bir virusun olması Google və Microsoft şirkətlərində həyəcan təbili çaldırıb. Onu da qeyd edək ki, məlumata görə, virus İOS 10 və ondan yuxarı səviyyəli sistemlərə giriş edə bilmir.

“BlueBorne” siqnal dalğaları ilə işlədiyindən yalnız cihazda “Bluetooth” açıq olduğu zaman sistemə daxil ola bilir. Virusu daha təhlükəli edən istifadəçinin cihazın virusa yoluxduğundan tam xəbərsiz olması olur. Hazırda virusu təhlükəsizləşdirmək istiqamətində işlər aparılır. 


Nərmin Həsənli

Qaynarinfo.Az