Kiber hücumlara qarşı mübarizə aparmaq üçün süni intellektə malik olan sosial şəbəkələrdən biri olan "Twitter" onu narahat edən ağcaqanadı öldürməklə hədələyən istifadəçinin hesabını bağlayıb.

“Qaynarinfo” xarici mətbuata istinadən xəbər verir ki, yapon istifadəçi onu narahat edən ağcaqanadı öldürdükdən sonra şəklini çəkərək, “Sakit, özlüyümdə televizor izlədiyim vaxtda niyə gəlib məni sancdın? Öl! (Əslində artıq ölmüsən)”, yazıb.

Bunun ardından istifadəçi "Twitter"dən hesabının bağlandığına və açılmayacağına dair mesaj alıb: “Twitter"dən istifadə etdiyiniz üçün minnətdarıq. Hesabınız hədə-qorxulardan ibarət tweet atdığına görə bağlanmışdır. Şəbəkədən istifadə qaydalarına əsasən belə mesajlara icazə verilmir. Bu hesab təkrar aktivləşdirilə bilməz. Anlayışınız üçün təşəkkür edirik”. 

Qaynarinfo.Az