Oktyabrın 26-da Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konsert proqramı keçiriləcək.

"Qaynarinfo" xəbər verir ki, “jAzzeri Muğam Bands” adlanan caz musiqisi axşamında Əməkdar İncəsənət Xadimi Cəmil Əmirov və “Savab” caz qrupu, Əməkdar artist Mircavad Cəfərov və “Cəngi” estrada folklor qrupu, Rəşad Haşımov və “Rast” qrupu, Arslan Növrəsli (tar), Səbinə Babayeva, Şəhriyar İmanov (tar), Elvin Bəşirov və kvarteti, Nicat Aslanov və kvarteti, Afşin Əlizadə kvartet iştirak edəcəklər.

Biletləri İticket.az-dan onlayn, şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Qaynarinfo.Az