Hazırda Bakı kinoteatrlarında da seansda olan “O” kinosu dünyanın müxtəlif ölkələrində yayıma başladığı ilk gündən böyük marağa səbəb olub, izləyicilər tərəfindən sevilib. Baxmayaraq ki, kino klounun dəhşətli pisliklər etməsindən bəhs edir. 

Psixoloqlar bu qəbildən olan kinoların insanlar tərəfindən sevilməsinin səbəbini izah ediblər. Onlar qorxunun təbiətini araşdırıblar və müəyyən ediblər ki, bu heç də klounofobiya ilə əlaqədar deyil.

Fakt hələ 1978-ci ildə Masaxiro Mori tərəfindən sübuta yetirlib. Belə ki, M.Mori robot düzəltməyin texnikası ilə məşğul olub. O insanların robotlara münasibətini, reaksiyasını öyrənməyə çalışıb. Təcrübə əsnasında müəyyən edilib ki, insanlara bənzəyən robotlar daha çox marağa səbəb olur. Robotların görünüşündə daha ciddi dəyişiklik edib, onları tam insan görünüşündə yaradıblar. Bu insanlarda vahimə yaradıb və müəyyən mənada qorxu formalaşdırıb. Bunu robotların emosiyalarının olmaması kimi qiymətləndiriblər. Yəni, insanlar qarşısındakının hiss və düşüncələrini müəyyən edə bilmədiyindənonlarla münasibətdən çəkinir və bu onlarda vahimə yaradır. Hətta bəzi insanlar məşhur Ronald Makdonald kimi “fast food” simasının da onlarda diskomfort hissinə səbəb olduğunu söyləyiblər. 

Və nəticə olaraq psixoloqlar düşünür ki, məhz bu amillər izləyicilərdə klounlara qarşı qorxu hissi yaradır. Klounun üzü qrimlə örtüldüyündən onun emosiyalarını müəyyən etmək mümkün olmur. Bu da insanlarda daha çox marağın və həyəcanın yaranmasına səbəb olur. 

Nərmin Həsənli

Qaynarinfo.Az