Bir neçə gün əvvəl İstanbulda dəb həftəsi keçirilib. Tədbirdə Türkiyədə yaşayan dünya şöhrətli azərbaycanlı model Rüfət İsmayılın “Naz by Rufat Ismayil” moda evi üçün hazırladığı geyim kolleksiyası nümayiş edilib.

"Qaynarinfo" "qafqazinfo"ya istinadən xəbər verir ki, “Naz” moda evinin sahibi Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun xanımı, Kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə Məmmədovadır.

Fəridə Məmmədovaya məxsus moda evinin kolleksiyasında Türkiyənin populyar modelləri – Çağla Şikel, Özge Ulusoy, Şebnem Şefferlə yanaşı, azərbaycanlı model Günay Musayeva da iştirak edib.

Qeyd edək ki, ötən il Bakıda “NAZ Couture” moda evinin təntənəli açılış mərasimi keçirilmişdi.

Qaynarinfo.Az