Bakı Kitab Klubunun direktoru Elxan Rzayev vəfat edib.

"Qaynarinfo" xəbər verir ki, bu barədə "Report"a onun yaxınları məlumat verib.

Belə ki, E.Rzayev uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Musavat.com bildirir ki, Elxan Rzayev sabiq xarici işlər naziri, görkəmli hərəkatçı Tofiq Qasımovun bacısı oğludur və o da xalq hərəkatının tanınmış fəallarından biri olub.

Qaynarinfo.Az