“Instagram” canlı videolarına yeni funksiya əlavə edib.

“Qaynarinfo” xəbər verir ki, məşhur sosial şəbəkə istifadəçilərin canlı yayımda artıq müxtəlif filtrlərdən istifadə edə biləcəklərini açıqlayıb. Yeni filtrlər çoxfunksiyalı olacaq. Ekrana edəcəyiniz ehmal toxunuşlarla fərqli rənglər yarada biləcəksiniz.


Canlı yayımı bitirdikdən sonra videonu hekayə olaraq saxlaya və ya silə bilərsiniz. Filtrlərdən istifadə etmək üçün ekranın sağ aşağı küncündə yerləşən üz işarəsini tıklamaq lazımdır. 


Qeyd edək ki, yeni funksiyanı bütün mobil telefonlar eyni vaxtda əldə etməyə bilər. Ancaq bu gün tətbiqinə başlanan funksiya yaxın günlərdə hər kəs tərəfindən istifadə oluna biləcək. 

Qaynarinfo.Az