Milli Şura Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinq keçirib.

"Qaynarinfo" xəbər verir ki, aksiyaya Milli Şura üzvləri, müxalifyönlü təşkilatların tərəfdarları və vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli, AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli, Milli Şuranın sədri Cəmil Həsənli, Şuranın üzvləri Rövşən Əhmədli və İbrahim İbrahimli çıxış ediblər.

Bildirilib ki, növbəti mitinq oktyabrın 7-də keçiriləcək.

Qaynarinfo.Az