Məşhur alman bəstəkarı İohan Sebastyan Baxın orqan üçün yazdığı re minor "Tokkata və Fuqa"sı ("Toccata and Fugue" in D Minor) Azərbaycanın 7 əsas muğamından biri olan "Bayatı-Şiraz"la eynilik təşkil edir.

Lad (kök) sistemi elədir ki, bütün musiqilər hansısa bir lada köklənir, onun üzərində qurulur. Bu istər əsas ladlar - major və ya minor ladı olsun, istər qədim ladlar - ionik, lidik, miksolidik, dorik, frigik, eolik və s. istərsə də Azərbaycan ladları - Rast, Bayatı-Şiraz, Segah və s. Bu ladların hər birinin özünəxas səs düzülüşü, bir-birindən fərqləndirən cəhətləri var.

"Qaynarinfo"nun məlumatına görə, məşhur bəstəkar əsərdə təkcə muğamın çalarlarından istifadə etməyib, "Tokkata və Fuqa"nın girişi "Bayatı-Şiraz" muğamının Bərdaşt hissəsi ilə demək olar ki, eynilik təşkil edir. Maraqlısı ondadır ki, ömrünün sonuna qədər Almaniyadan kənara çıxmadığı deyilən Bax Azərbaycan muğamını harada eşidib. Belə güman edilir ki, o vaxtlarda müxtəlif ölkələr arasında ticarət əlqələri olub. Ola bilsin ki, Almaniyayaya gedən tacirlərdən hansısısa "Bayatı-Şıraz" muğamını oxuyarkən, bəstəkarın diqqətini çəkib.

"Qaynarinfo" sizlərə həm Bayatı-Şiraz muğamını, həm də alman bəstəkarının məşhur "Tokkata və Fuqası"nı təqdim edir:

Çingiz Səfərli

Qaynarinfo.Az