"Bakı" klubunun sabiq baş məşqçisi Vinfrid Şefer İranın "İstiqlal" komandasının sükanı arxasına keçəcək. 

"Qaynarinfo" Report-a istinadən xəbər verir ki, bu barədə almaniyalı mütəxəssisin özü DPA-ya açıqlamasında bildirib.

O, hazırda danışıqların davam etdiyini əlavə edib. Şefer müqavilənin tezliklə imzalanma ehtimalının yüksək olduğunu söyləyib: "Məşqçi kimi hər gün meydana dönmək istəyirəm. İran çempionatı çox yaxşı liqadır".

Bir neçə gün əvvəl "İstiqlal"ın baş məşqçi postuna əsas namizəd kimi Türkiyə millisindən ayrılan Fatih Terim göstərilib.

Qeyd edək ki, Vinfrid Şeferin son iş yeri Yamayka millisi (2013 - 2016) olub. 67 yaşlı mütəxəssis 2010-cu ilin iyunundan 2011-ci ilin yanvarınadək "Bakı"nın baş məşqçisi kimi çalışıb. 

Qaynarinfo.Az