Çexiya və Almaniya yığmaları ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları ərəfəsində Azərbaycan milli komandası futbolçu itkisi ilə üzləşib. 

"Qaynarinfo"nun AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev zədəli olduğü üçün heyətdən çıxarılıb. O, hazırda təlim-məşq toplanışında olan millinin düşərgəsini tərk edib. 

Qeyd edək ki, Azərbaycan yığması Çexiya ilə oktyabrın 5-də Bakıda, Almaniya ilə oktyabrın 8-də Kayzerslauterndə üz-üzə gələcək. 

Qaynarinfo.Az