Azərbaycan Qolf Federasiyasının baş katibi Nigar Süleymanova vəzifəsindən istefa verib

Bu barədə unikal.org-a Nigar Süleymanovanın özü məlumat verib.

O, vəzifəsindən hansı səbəbdən getməsi barədə məlumat verməsədə, bu sözlərlə kifayətlənməli olub:

"Mən daha AQF-də çalışmıram. Bir müddətdir ki, oradan uzaqlaşmışam. Yerimə kimin gəldiyindən də xəbərsizəm”.

Qeyd edək ki, Azərbaycan Qolf Federasiyasının prezidenti sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. Federasiyada uzun müddətdir maaş ala bilməyən işçi heyəti qurumu tərk etməyə qərar verib. Bildirək ki, Azərbaycan Qolf Federasiyasının təlimçisi Emin Zeynalov da bir neçə ay əvvəl qurumdan ayrıldığını açıqlayıb. 

Qaynarinfo.Az