Azərbaycan millisi sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya millisini qəbul edəcək. Sabah millidə vida oyununu keçirəcək Rəşad Sadıqov da mətbuat konfransında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, mətbuat konfransında millimizin kapitanı üçün sürpriz hazırlanmışdı.

Belə ki, mətbuat konfransında iştirak edən jurnalistlərə Sadıqovun maskası paylanmışdı. Ancaq UEFA nümayəndələri mətbuat konfransında maskaların taxılmasına icazə vermədiyindən, sürpriz baş tutmayıb.

Qeyd edək ki, Azərbaycan - Çexiya oyunu saat 20:00-da başlayacaq.

Qaynarinfo.Az