Azərbaycanda futbol üzrə yeni kubokun təsis edilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu jurnalistlərlə söhbətində AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Federasiya rəsmisi bildirib ki, yarışda Premyer Liqa və I divizion klubları iştirak edə biləcəklər.

Hazırda Peşəkar Futbol Liqasının bayrağı altında 4 turnir keçirilir. Bunlar Premyer Liqa, Azərbaycan Kuboku, əvəzedicilərin çempionatı və I diviziondur.

Qaynarinfo.Az