Estoniyada azərbaycanlı keçmiş nazir və deputat, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Eldar Əfəndiyev Narva şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürüb.

AAK prezidenti Sahil Qasımov APA-ya bildirib ki, artıq onun namizədliyi qeydə alınıb.

Şəhər meri uğrunda seçkilər oktyabrın 15-də keçiriləcək.

E.Əfəndiyev 1954-cu ildə Estoniyada anadan olub, əslən Azərbaycanın Şəki şəhərindəndir. Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Pedaqoji İnstitutunu bitirib. 1997-ci ildən Estoniyada aparıcı partiyalardan olan Mərkəzcilər Partiyasının üzvüdür. 1999-2000-ci illərdə Narva şəhərinin meri olub. 2002-2003-cü illərdə E.Əfəndiyev Estoniyanın milli münasibətlər və məskunlaşma naziri vəzifəsində çalışıb. Estoniya parlamentinin X və XI çağırışlarının deputatı, Estoniya Azərbaycan Parlamentlərarası işçi qrupunun rəhbəri olub. Tallin şəhərində fəaliyyət göstərən “Bakılı” Klubunun təsiscilərindəndir.

Qaynarinfo.Az