Bu gün "DÇ-2018"in seçmə mərhələsinin Avropa zonasında IX tura start verilib. "Qaynarinfo" xəbər verir ki, C qrupunda mübarizə aparan Azərbaycan yığması öz meydanında Çexiya ilə üz-üzə gəlib.

Mundiala qatılmaq şansını itirən hər iki komandanın görüşü tərəflər üçün formal xarakter daşıyıb. Çünki turnir cədvəlində daha yüksək yerlər üçün mübarizə aparan komandaların tuta biləcəyi ən yaxşı mövqe üçüncülük olacaqdı. Bu isə nə mundiala, nə də pley-offa vəsiqə verir.

Millimizin tsikldəki son ev görüşündə qələbə qazanmaq Rəşad Sadıqov üçün önəmli olub. Kapitan vida oyununu keçirərək sonuncu dəfə doğma azarkeşlər önünə çıxıb.

Oyun isə çexlərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 35-ci dəqiqədə Yan Kopiçin hesabı açdığı oyunda 55-ci dəqiqədə Əfran İsmayılov penaltidən bərabərliyi təmin edib. 66-cı dəqiqədə Antonin Barak Çexiyanın qələbə qolunu vurub.

DÇ-2018

Seçmə mərhələ

C qrupu, IX tur

5 oktyabr

Azərbaycan - Çexiya 1:2

Qollar: Əfran İsmayılov, 55-pen Yan Kopiç, 35. Antonin Barak, 66 

Azərbaycan: 1. Kamran Ağayev (q), 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov.

Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Emil Balayev, 2. Qara Qarayev, 5. Ürfan Abbasov, 8. Renat Dadaşov, 9. Namik Ələskərov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 17. Mahir Mədətov, 18. Təmkin Xəlilzadə, 21. Tərlan Quliyev.

Baş məşqçi: Robert Prosineçki.

Çexiya: 23. Jiri Pavlenka (q), 2. Pavel Kaderabek, 5. Yakub Brabeç, 8. Vladimir Darida, 10. Josef Huşbauer, 11. Mixael Krmençik, 13. Yan Kopiç, 14. Yakub Yankto, 17. Marek Suşi (k), 18. Yan Boril, 20. Antonin Barak.

Ehtiyat oyunçular: 1. Tomaş Vaçlik (q), 16. Tomaş Kubek (q), 4. Yan Sikora, 6. Mixael Lüftner, 7. Yaromir Jmrhal, 9. Barek Dokal, 12. Simon Falta, 15. Tomaş Suçek, 19. Yan Kliment, 21. Vaçlav Kadleç, 22. Filip Novak.

Baş məşqçi: Karel Yarolim.

Hakimlər: Benua Millot, Jülien Paselli, Bertran Juanno, Frank Şneyder (Fransa).

Hakim-inspektor: Are Habix (Estoniya).

Komissar: Romano Klavedetçer (İsveçrə).

Bakı Olimpiya Stadionu.

Qaynarinfo.Az