Azərbaycanlı müğənni Afət Fərmanqızı gözlənilməz açıqlama verib. 

"Qaynarinfo" baku.w-ə istinadən xəbər verir ki, müğənni illər əvvəl xəyanətə uğradığı bildirib. Şəxsi İnstagram hesabında Zaur Kamalın efirə göndərilən güllə bağlı danışdığı videonu paylaşıb. Afət Fərmanqızı qeyd edib ki, efirə göndərilən güllərin Zaurun dediyi kimi sevgilisi tərəfindən göndərilməyib. 

"O göndərilən gül mənə göndərilən gül deyil. Qısacası, mənə gül göndərən şəxs isə mənim sevgilim deyil! Sevgilim də yoxdur. 11 ilimi verdiyim, ona görə sənətimi atdığım və axırda da xəyanət zamanı tutduğum şəxsiyyətsiniz, satqının biri məni həyatdan elə iyrəndirdi ki, indi heç kəsə güvənim qalmadı. Mənim sevdiyim Allahım oğlum və sizlər. Xoşbəxtəm? Bəli. Çünki, 99 faiz xanımlar ərləri və sevgililəri tərəfindən aldadıldığını bildikləri halda, məni aldadan yoxdur! Şou-biznesdəkilərin də çoxu yalandan yanındakılardan kiməsə qıcıq vermək ücün istifadə edirlər. Guya bunların "əri" var. Guya bunlar bir-birini sevir. Hamı yaxşı tanıyır hamını. Elə fonaqrama ərin və ya sevgilinin olmasından olmaması yaxşıdır. Bu dəqiqə o "ərciklərinizin" birinin üzünə azca gülümsəsəm, həmən səni atıb, mənim yanımda olar. Amma mənim nakişilərlə işim olmaz!"

Qaynarinfo.Az