Bakıda ilk dəfə Mədəniyyət Mübadiləsi Festivalı olan Bakool Arts festivalı keçirilib.

"Qaynarinfo" xəbər verir ki, tədbir Braziliya səfirliyi, Milli Turizm Təbliğat Bürosu və Arts Council Azərbaycanın təşkilatçılığı ilə gerçəkləşib.

Festival sərhəd tanımayan incəsənətin nümayişinə həsr olunub və 2 gün davam edib.

Festivalin beynəlxalq incəsənət məsləhətçisi Daiana Oliveira bildirib ki, məqsəd Azərbaycanda fəqli incəsənəti nümayiş etdirməkdir: “Əsas istəyimiz Azərbaycanda fərqli incəsənəti götərməkdir. Bu tədbir həmçinin müxtəlif coğrafiya arasında körpü yaratmaq üçün mühüm bir addımdır. Bu festivalla Bakıda fərqli incəsənət sahələrinin təqdimatını keçiririk. Mədəniyyətimizi müxtəlif olsa da, incəsənətdə bu özünü göstərmir”.

Festival Daiana Oliveira tərəfindən hazırlanıb və əlaqələndirilib. İncəsənət məsləhətçisi Carolina del Catsillo ilə birgə hazırlanıb.

Festivalda hər biri müasir yeraltı yaradıcılıq üslublarında çıxış edən yeni musiqiçilər. ADO teatrı iştirak edib və Sultana Əhmədbəylinin sərhəd tanımayan incəsəntə xitab edən "Por Que" (Why) adlı fərdi sərgisi açılıb.

Tədbirdə Pandarus Producoes 2018-ci ildə Braziliyanın “Prosa Sonora” festivalında iştirakı üçün Bakool Arts Festivalında ifa edəcək azərbaycanlı musiqiçisi seçilib.

Qaynarinfo.Az