İPhone 8 plus Note 7 kimi geri çağrıla bilər. 

"Qaynarinfo" bildirir ki, "Apple"ın yeni modeli olan iPhone 8 Plus-da batareyanın şişməsi probleminin ortaya çıxdığını bildirilir. Bununla bağlı şirkət sözügedən modeli geri çağıra bilər. Əvvəlcə problemin 1-2 modeldə ortaya çıxdığı düşünülsə də, sonradan ard-arda gələn şikayətlər problemin həqiqətən də olduğunu təsdiqləyib. Belə ki, batareyası şişən modellərin arxa qapağı qalxır. Səbəb kimi isə kabelsiz enerji ehtiyyatı alətində xəta edildiyi ehtimal olunur. Məsələylə bağlı şirkətdən rəsmi olaraq açıqlama verilməyib. 

Xatırladaq ki, ötən il eyni problemlə Apple şirkətinin əsas rəqibi Samsunq da qarşılaşmışdı və Note 7 modelini geri çağırmışdı.

\
Nərmin Həsənli
Qaynarinfo.Az