Xəbər verdiyimiz kimi, “Maşın” realiti-şousunun 15-ci sürəti olan “Xanımlar vs cənablar” adlı yeni buraxılışı 8 oktyabr saat 22:15-də, “ATV” telekanalında yayımlanacaq. Şounun yayımı 18 gün nəzərdə tutulub. Buraxılışlar hər zaman olduğu kimi, canlı yayımlanacaq və avtomobil ətrafında yenə 18 tanınmış iştirakçı dayanaraq, yarışa başlayacaq.

"Qaynarinfo" Oxu.Az-a istinadən hələ də mediadan gizli saxlanılan məşhur iştirakçıların tam siyahısını təqdim edir:

1. Tünzalə Əliyeva

2. Vüsalə Əlizadə

3. Elşad Xose

4. Samirə Yusifqızı

5. Rauf Əhmədov

6. Ülviyyə Alovlu

7. İlkin Misgərli

8. Mehriban Xanlarova

9. Talıb Tale

10. Vüsalə Kərimova

11. Nazim Pişyari

12. Zemfira Adıgözəlova

13. Vüqar Muradov

14. Günel Ələkbərova

15. İlqar Mikayıloğlu

16. Xatun Əliyeva

17. Mətanət Əliverdiyeva

18. Xose Bernardo

Əldə etdiyimiz digər məlumata görə, şounun bundan öncə yayımlanan buraxılışında avtomobildən əlini bilərəkdən çəkib gedən iştirakçılar olduğundan, bu, “Maşın”ın sponsorlarının sayının azalmasına, eyni zamanda, realiti-şounun vaxtından əvvəl bitməsinə səbəb olub. Buna görə yeni mövsümün iştirakçıları ilə verilişi vaxtından əvvəl tərk edilməməsinə dair müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə, əlini bilərəkdən avtomobildən çəkən iştirakçı 50 min manat məbləğində cərimə ödəməli olacaq. 

Şounun qalibinə isə qiyməti təxminən 60 min manat civarında olan “Nissan Altima” avtomobili təqdim olunacaq. 

Qaynarinfo.Az