Tanınmış müğənni Elvin Mirzəzadə avtomobil qəzasına düşüb.

"Qaynarinfo" metbuat.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı müğənni sosial şəbəkədə paylaşıb:

“İnsan həyatda üç şeylə sınağa çəkilir - canı, malı və əzizləri. Dünən avtomobil qəzası keçirdim. Çox şükür ki, özümə nəsə olmadı. Dünəndən bu yana xəbər bilib, hal-əhval tutanlara təşəkkür edirəm. Bir balaca maddi ziyana düşdüm. Amma şükür! Bundan ağır vəziyyətə düşə bilərdim. Kaş ki, hamı malıyla sınağa çəkilsin. Bu günümüzə şükür!”.


Qaynarinfo.Az