İngiltərə ordusunun Şimali Koreya ilə ehtimal edilən müharibəyə hazırlaşdığı iddia edilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, İngiltərə hökümətinin hazırlıqlar üçün təlimat verdiyi, Koreya yarımadasına yeni təyyarə-gəminin göndərilməsi və ABŞ qüvvələrinə qoşulması barədə göstəriş verilməsi iddialar arasındadır. İngiltərə hökümət nümayəndəsi "Göndərə biləcəyimiz çox sayda gəmi var. Əgər proseslər cənuba istiqamətlənsə, İngiltərə hərbi hava donanması da proseslərə daxil olacaq" deyib.

İngiltərə müdafiə naziri Maykl Fallon ötən həftə Şimali Koreyanın raket sınaqlarının narahatedici olduğunu demiş, bu ölkənin İngiltərəyə Los Ancelesdən daha yaxın olduğunu və ölkə əhalisinin xarici ölkəyə göndərilən əsgərlər barədə həssas olmamalarının vacibliyini vurğulamışdı.

Gülşən

Qaynarinfo.Az