Dahi şair Məmməd Arazın doğum günü ilə əlaqədar Bakıda II "Məmməd Araz poeziya günü" keçiriləcək.

"Qaynarinfo" xəbər verir ki, bu barədə “Məmməd Araz Poeziya günü” nün ideya müəllifi Qardaşxan Əzizxanlı məlumat verib. O, bildirib ki, ötən ilin oktyabr ayında Məmməd Arazın doğum günü münasibəti ilə respublikada ilk dəfə poeziya günü təşkil edilib, bu il də paytaxtda görkəmli şairə həsr olunan silsilə tədbirlər keçiriləcək.

"Ötən il “Məmməd Araz Poeziya günü” şairin məzarı üstdən başladı, Natəvan klubunda davam edərək poeziyanın “Məmməd Araz günü”nə çevrildi. Tədbirdə tanınmış ictimai xadimlər, elm, sənət adamları, Tərcümə Mərkəzinin əməkdaşları, BDU-nun jurnalistika və “Xəzər” Universitetinin filologiya fakültələrinin tələbələri, məktəblilər, M.Araz irsinin araşdırıcıları, bir sözlə, arazsevərlər iştirak etdilər. Bu il “Məmməd Araz Poeziya Günü”nə Yazıçılar Birliyi ilə bərabər Prezident yanında “Bilik” Fondu da dəstək verir. II “Məmməd Araz Poeziya Günü”nün paytaxtdan kənarda da qeyd olunması nəzərdə tutulur. Bir neçə məktəbdə M. Araz yaradıcılığına həsr olunmuş müsabiqə elan olunub və qaliblər şairin doğum günü ərəfəsində mükafatlandırılacaq, silsilə tədbirlər I Fəxri Xiyabanda ustad şairi yad etməklə yekunlaşacaq".

Qaynarinfo.Az