NASA Mars-a gedən astronovtları yüksək radiasiyadan qorumaq üçün onların DNK-sını dəyişdirməyi planlaşdırdıqlarını açıqlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, NASA direktoru Douqlas Terrier bu barədə açıqlama verərək 2030-cu illərdə Marsa planlaşdırılan səyahətlər zamanı astronovtları xərçəng də daxil olmaqla bir çox xəstəliklərdən qorumaq məqsədilə genetik modifikasiya variantı üzərində işlədiklərini bildirib. Terrirer qeyd edib ki, ekipaj üzvlərini zireh və digər vasitələrlə qorumaq mümkündür, lakin bunlar əlverişli variant deyil. 

NASA həmçinin kosmik gəminin bir hissəsini qoruyucu su təbəqəsinə soxaraq və astronovtların kameralarını düzəltmək üçün biomühəndislik metodlarından istifadə edərək ekipaj üzvlərinin təhlükəsizliyini təmin etməyi planlaşdırır.

Gülşən

Qaynarinfo.Az