Şotlandiya Milli Partiyasının sədr köməkçisi Anqus Robertson Şotlandiyanın Birləşmiş Krallıqdan ayrılması üçün referendumun keçiriləcəyini açıqlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ölkə 2014-cü ildə bu barədə referendum keçirmiş, lakin Britaniyada qalmaq qərarı verilmişdi.

Britaniyanın Avropa İttifaqından çıxmasını nəzərdə tutan "Brexit" prosesi start götürəndən bəri müstəqillik məsələsi yenidən gündəmdədir.

Qeyd edək ki, Şotlandiya Birləşmiş Krallıq parlamentində onlar üçün nəzərdə tutulan 56 yerdən 31-ni qazana bilmişdi.

Gülşən

Qaynarinfo.Az