Cinemazadeh studiyasının istehsalı olan "Təhmin və Zaur" filminin qala gecəsinin vaxtı açıqlanıb. 

Studiadan verilən məlumata görə Qala gecəsi 19 oktyabr saat 19:00-da Gənclik Mall-da yerləşən Cinemaplus kinoteatrında baş tutacaq. 

Filmin qala gecəsi üçün xüsusi bilet satışı da nəzərdə tutulub. Belə ki, izləyicilər 19 oktyabr saat 19:00 üçün bilet alaraq filmi həm filmin qəhrəmanları həm də gecəyə dəvət olunan digər məhşurlarla birgə filmə baxa bilərlər. 

Qala gecəsi üçün biletləri cinemaplus-un rəsmi saytında (http://www.cinemaplus.az/az/films/t-hmin-v-zaur/) və eyni zamanda Gənclik Mall-da yerləşən Cinemaplus kassalarından əldə edə bilərlər. 

Qeyd edək ki, filmin baş rollarında tanınmış aktyorlar Fərda Amin, Elcan Rəsulov, Kəmalə Piriyeva rol alıb. Filmin rejissoru Zaur Mirzazadədir.

Qaynarinfo.Az