CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 10-da 58,1 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,11 dollar/barel çoxdur. 

"Qaynarinfo" xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 10-da 57,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,06 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 10-da 55,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,08 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 10-da 56,48 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,11 dollar/barel çoxdur.

Qaynarinfo.Az