Şimali İrlandiya vətəndaşı Vilhelmina Morqan Kallagen itlə evlənib. "Qaynarinfo" xəbər verir ki, 43 yaşlı morq işçisi 8 ildir birlikdə yaşadığı "həyat dostu" ilə evliliyini rəsmi sənədlə təsdiqləyib.

İnsanların belə bir addım atdığı üçün ona "dəli" dediyini söyləyən qadın başqalarının fikirlərini düşünmədiyini, Kinq adlı iti ilə xoşbəxt olduğunu bildirib.

Vilhelmina morqda çalışdığını, itini itirəndə və hətta evini su basanda çox çətin zamanlar keçirdiyini, amma itinin hər zaman ona sadiq qaldığını deyiö. 

"Kinq"dən başqa 11 başqa iti idə olan qadın İngiltərədə qanunlar icazə verdiyi üçün münasibətlərini rəsmiləşdirib.

Aydın

Qaynarinfo.Az