Üzeyir Hacıbəyov. Azərbaycan musiqisi intibahının banisi. Üzeyir bəyin necə böyük, öz dövründə belə sevilən şəxsiyyət olduğunu görmək üçün xalq şairi Vaqif Səmədoğlununbir xatirəsinə diqqət yetirmək kifayətdir. Vaqif Səmədoğlu müsahibələrinin birində deyirdi:

“Üzeyir bəyi ilk dəfə Yesentukidə sanatoriyada gördüm. O, sanatoriyada qarğıdan hörülmüş kresloda əyləşmişdi. Ona yaxınlaşanda atam Səməd Vurğun dedi ki, Üzeyir bəyin əlindən öpün. Biz ona yaxınlaşdıq, qardaşım Yusif, bacım Aybəniz öpdü, mən öpəndə Üzeyir bəy başımı sığalladı...”

Səməd Vurğunun Üzeyir bəyi belə yüksək qiymətləndirməsi təsadüfi deyildi. Üzeyir bəy təkcə Azərbaycan deyil, bütövlükdə Şərq tarixinin intibahında rol oynamış nadir şəxsiyyətlərdəndir. Xalq şairi Səməd Vurğun onu dövrünün ən görkəmli siması adlandırırdı.

"Qaynarinfo" axar.az-a istinadın süjeti təqdim edir.

Qaynarinfo.Az