Xalq artisti Elmira Rəhimova illərdir xəstədir. Sevilən sənətçi cebhe.info-nun müxbiri ilə telefon danışığı zamanı çətinlik çəkib. 

“Ağır yataq xəstəsiyəm. Məni xəstə salan əsəbdir. Sonra da diabet....”, - deyə xalq artisti bildirib.

“Bəs səhhətinizlə bağlı həkimlər nə deyir?”-  sualına E.Rəhimova “Belə də” – cavabını verib.

Xatırladaq ki, bir neçə ay öncə E.Rəhimova “Bütün efirlərdən imtina edirəm, ekranlarda görünmək istəmirəm. Hazırda canımla əlləşirəm. Səhhətimdə problemlər var. Dərmanlarımı qəbul edirəm, inanıram ki, hər şey yaxşı olacaq”, - deyə bildirmişdi.  

Müğənninin yaxınları isə Elmira Rəhimovanın şəkər xəstəliyindən əziyyət çəkdiyini, həkim nəzarətində olduğunu demişdi.

Qaynarinfo.Az