İsrailin baş naziri Binyamin Netanyahu XİN-ə ölkənin ABŞ-la birlikdə YUNESKO-dan  çıxmasına dair göstəriş verib. 

"Qaynarinfo"nun APA-ya istinadən məlumatına görə, bu barədə məlumatı hökumət rəhbərinin dəftərxanası yayıb. 

Qeyd edək ki, ABŞ bundan əvvəl UNESСO-da çıxdığını elan edib.

ABŞ Dövlət Departamenti bu barədə qərarı qurumun baş direktoru İrina Bokovaya bildirib.

Dövlət Departamentinin məlumatda bildirilir ki, ABŞ 31 dekabr 2018-ci ilə qədər UNESСO-da işinə davam edəcək, ondan sonrakı dövrdə isə sadəcə müşahidəçi missiyasını yerinə yetirəcək. 

Qaynarinfo.Az