Yəmənin baş naziri Əhməd İbin Dağra qarşı sui-qəsdə cəhd edilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Lahıc ərazisinə bağlı olan Sabihada baş verən hadisə zamanı baş nazirin konvoyuna atəş açılıb. Nəticədə nazir yaralanmasa da, cinayətkar hadisə yerindən qaça bilib. 

Digər nazir və rəsmi şəxslərin də olduğu konvoyda heç kim bədən xəsarəti almayıb.

Qeyd edək ki, Yəməndə uzun müddətdir davam edən siyasi qeyri-sabitlik nəticəsində ölkədəki siyasi qruplar arasında qarşıdurmalar yaşanır.

Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Gülşən

Qaynarinfo.Az