17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Mutlu Aksu Doğan karyerasını "Qalatasaray"da davam etdirəcək. "Qaynarinfo" xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi İstanbul klubuna transfer olunub.

10 nömrə mövqeyində oynayan Mutlu Aksu Doğan "Altınordu"ndan "Qalatasaray"a transfer haqqı ödəmən keçib. "Sarı-qırmızılılar" gələcəkdə onu başqa kluba satsa, transferindən gələn gəlirin 50 faizi "Altınordu"na çatacaq.

Mutlu Aksu Doğan bir müddət "Qalatasaray"ın U-21 komandası ilə məşq edəcək və oyunlara çıxacaq. Qış fasiləsindən etibarən isə əsas komandanın məşqlərində iştirak edəcək.

Qaynarinfo.Az