Bu gün Topaz Premyer Liqasında II dövrəyə start verilib. "Qaynarinfo" xəbər verir ki, VIII turun ilk oyun günündə 1 qarşılaşma baş tutub.

Turun açılış matçı "İnter Arena”da keçirilib və son 4 ilin dəyişməz çempionu "Qarabağ” "İnter”i qəbul edib. Cari mövsümdə məğlubiyyət üzü görməyən Ağdam klubu yenə meydanı itkisiz tərk edib. 86-cı dəqiqədə hesabı açan Dino Ndlovu əlavə vaxtda dublunu rəsmiləşdirib.

Qeyd edək ki, turun iki oyunu sabah, biri bazar günü keçiriləcək.

Premyer Liqa

2017/18 mövsümü

II dövrə, VIII tur

13 oktyabr

İnter - Qarabağ 0:2

Qollar: Dino Ndlovu, 86; 90+2.

İnter: 1. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 3. Denis Silva (k), 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 19. Mirhüseyn Seyidov, 22. İlkin Qırtımov, 24. Fuad  Bayramov, 27. Adrian Skarlatake, 88. Məmməd Quliyev.

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 4. Slavik Alxasov, 66. Murad Qayalı, 77. Oleq Hüseynov, 99. Ricat Qarayev.

Baş məşqçi: Zaur Svanadze.

Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (k), 7. Rahid Əmirquliyev, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 18. Tarik Elyunussi, 21. Arif Daşdəmirov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 88. Elşən Abdullayev.

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 24. Nihad Tamazov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 77. Donald Qerye, 90. Ramil Şeydayev, 99. Dani Kintana.

Baş məşqçi: Qurban Qurbanov.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev.

AFFA nümayəndəsi: Abas Hüseynov.

Hakim-inspektor: Məhəmməd Məmmədov.

"İnter Arena”.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

7

6

1

0

14:3

19

2

Zirə

7

4

3

0

12:5

15

3

Qəbələ

7

4

1

2

10:8

13

4

Sumqayıt

7

3

1

3

8:10

10

5

İnter

8

2

2

4

7:11

8

6

Səbail

6

2

0

4

4:8

6

7

Neftçi

7

1

1

5

5:9

4

8

Kəpəz

7

1

1

5

5:11

4

Bombardirlər

Mahir Mədətov (Qarabağ) - 5. Vüsal İsgəndərli (Zirə), Riçard Qadze (Zirə), Baqali Dabo (Qəbələ), Amil Yunanov (Sumqayıt), Dino Ndluvu (Qarabağ) - 3.


Qaynarinfo.Az