Dünya 18:36 06.06.2023

"Tacikistan Rusiya üçün zəif bəndə çevrilir" - Ekspert

"Lavrov Rusiyanın maraqlarını təmin etmək üçün Tacikistana gedib”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Rusiya xarici işlər naziri Sergey Lavrovun Tacikistana səfərini şərh edərkən deyib. 

Politoloq bildirib ki, Orta Asiyanın türkdilli dövlətləri siyasi demarş edərək, Rusiyanın nəzarətindən çıxırlar. "Mərkəzi Asiyada yeganə farsdili ölkə olan Tacikistan Rusiya ilə əvvəlki münasibətlərini saxlamaqda davam edir. Tacikistan Rusiya ilə Əfqanıstan arasında baryer rolunu da oynayır. Yeganə MDB ölkəsidir ki,
 
Konstitusiyasında rus dili ikinci dövlət dili elan edilib. Ermənistan kimi Tacikistanda da rus qoşunları yerləşir. Yəni Tacikistan yeganə müsəlman ölkəsidir ki, bu və ya digər formada hər zaman Rusiyanı dəstəkləyib. Əfqanıstan İran qarşıdurmasından sonra Rusiya rəsmisinin Tacikistana səfəri əslində gözlənilən idi. Çünki Tacikistan-Əfqanıstan sərhədini rus sərhədçiləri qoruyur. Düşənbə ilə Moskva KTMT, Avrasiya İttifaqı, Şanxay təkilatında da bir yerdədirlər. Lavrovun səfəri çərçivəsində Tacikistanın vahid iqtisadi məkana daxil olmaq məsələsi də müzakirə edilə bilər”,- deyə politoloq vurğulayıb. 

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Tacikistanda səfərdədir. Burada o, Tacikistan  Prezidenti və xarici işlər nazirilə görüşəcək.  Habelə, Rusiya-Tacikistan Universitetində çıxış edəcək. Başlıcası ilə Lavrov Rusiyanın bu ölkədə  yerləşən 201-ci hərbi bazasına da baş çəkəcək. 

Rüfət Sultan