300 km-dən raketləri vuran sistem - FOTO

20.04.2017 | 16:21

300 km-dən raketləri vuran sistem -
Türkiyə hərbi arsenalında daha bir yeniliyə imza atılıb. 

"Qaynar" İstipress-ə istinadən xəbər verir ki, "Elektromaqnit Top Sistemi"nin ilk sınaqları həyata keçirilib. Top mərmisi düşmənin üzərinə saniyədə 2 500 metr sürətlə uça bilər. 

Səs sürətinin 6 qatına çatan sistem 300 kilometrdən uzaq məsafədə olan hava gəmisi və ya ballistik raket kimi hədəfləri də vura bilir. 

Çalışmalara 2014-cü ildə öz qaynağı ilə başlayan "Aselsan" iki il öncə TÜBİTAK (TEYDEB) dəstəyini alıb. EMT-in təklmilləşdirmə işlərinin aparılması üçün "inkişaf laboratoriyası"da qurulub. 

Elektromaqnit Top Sistemi, zərbə güc qaynağı, elektromaqnit atış yolundan ibarətdir. 

"Aselsan" Top Sistemini 9-12 mayda İstanbulda keçiriləcək "IDEF 2017" müdafiə sənayesi sərgisində nümayiş edəcək. 


Qaynar.Az

Xəbər Lenti
Bütün Xəbərlər »