Azərbaycanda dollar kəskin bahalaşdı - HƏRRACDA

12.01.2017 | 13:56

Azərbaycanda dollar kəskin bahalaşdı
Azərbaycanda dollar kəskin bahalaşıb. Bu barədə Mərkəzi Bank xəbər yayıb.

Belə ki, bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə yeni formatda hərrac keçirilib. Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilib və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilib.
 
Hərracda manatın orta çəkili məzənnəsi 1.7867 səviyyəsində formalaşıb.

Qaynarinfo.Az

Xəbər Lenti
Bütün Xəbərlər »