Azərbaycanlı futbolçu rəsmən Yunanıstan klubunda - FOTO

11.01.2017 | 15:52

Azərbaycanlı futbolçu rəsmən Yunanıstan klubunda

Millimizin sabiq futbolçusu Amit Quluzadənin Yunanıstanın AEL (və ya təmsil etdiyi şəhərin adı ilə "Larisa" da çağırılır - red.) klubuna keçidi rəsmiləşib. 

Qaynarinfo.Az xəbər verir ki, Yunanıstan klubu azərbaycanlı dayaq yarımmüdafiəçisi 2,5 illik müqavilə bağlayıb.

Bu haqda məlumatı Quluzadə öz “Feysbuk” profilində paylaşıb. 24 yaşlı futbolçu transferin baş tutmasına görə “Sumqayıt”ın prezidenti Kamran Quliyevə, klub meneceri Ceyhun Sultanova və baş məşqçi Samir Abasova təşəkkürünü bildirib. 

Qeyd edək ki, Amit Quluzadə əvvələr də Türkiyə ("Kayseri Ərciyəsspor") və Portuqaliyada ("Atletiko") legioner həyatı yaşayıb. Amitin yeni klubu Yunanıstan Super Liqasının debütantıdır və hazırda 13 xalla XIII pillədə qərarlaşıb.

Qaynarinfo.Az


HƏMÇİNİN OXU
Loading...
Xəbər Lenti
Bütün Xəbərlər »