Babək Abbaszadədən yeni şeir - "Zaman"

12.04.2017 | 15:10

Babək Abbaszadədən yeni şeir

"Qaynar" gənc yazar Babək Abbaszadənin "Zaman" şeirini oxuculara təqdim edir.

Almaniyanın şimal şərqində, Baltik sahilində,

Balaca, xudmani bir şəhərdə,

Soyuq bir noyabr gecəsində,

Otelin pəncərəsindən boylanaraq bir bükülmüş tütün çəkmək,

Sonra bir pivə içmək,

Sonra yenə tütün çəkmək,

Sonra yenə pivə içmək,


Daha bir tütün doldurmaq, bükmək və yandırmaq,

Qaçan tüstülərin arxasınca baxaraq düşünmək,

Bəlkə tüstü deyil, qaçan, uşaqlıq arzularımız,

Bəlkə də bizə ayrılan zamanın özüdür...

Hər şəhərdə bir qədər,

Hər oteldə bir miqdar,

Hər gecədə bir az,

Yavaş-yavaş, 

Sakitcə,

Bizə xəbər eləmədən,

Qaçıb aradan çıxırlar.


Qaynar.Az


Xəbər Lenti
Bütün Xəbərlər »