Bakı bazarında çiyələyin kilosu 5 manata, alçanın ədədi 15 qəpiyə - VİDEO

21.04.2017 | 22:18

Bakı bazarında çiyələyin kilosu 5 manata, alçanın ədədi 15 qəpiyə -
Havalar isindikcə yazlıq meyvə-tərəvəzlər də yavaş-yavaş bazarlara çıxarılmağa başlayıb.

Bakı bazarlarında mövsümi meyvələrdən çiyələk və alça, tərəvəzlərdən isə xiyar, kök, kartof və turp gözə dəyir.

Bazarlara artıq yerli yazlıq meyvə-tərəvəzləri görmək mümkündür. Ancaq yazlıq meyvə-tərəvəzlər hələlik nübar olduğu üçün qiymətləri bir qədər bahadır.

Satıcıların sözlərinə görə, bazarda yerli məhsullar artdıqca qiymətlər də enəcək. (“Xəzər TV”) 


Qaynar.Az


Xəbər Lenti
Bütün Xəbərlər »