“Bakı Marafonu 2017” üçün qeydiyyat tarixi uzadılıb

21.04.2017 | 21:25

“Bakı Marafonu 2017” üçün qeydiyyat tarixi uzadılıb
“Bakı Marafonu 2017” üçün qeydiyyat tarixi uzadılıb.

"Qaynar" layihənin rəsmi “Facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, ötən gün başa çatan prosesin müddəti aprelin 30-dək artırılıb.

Son qeydiyyat tarixi ilə yanaşı, marafonda iştirak rüsumuna da dəyişiklik edilib. Daha əvvəl yarışa qatılmaq istəyən fiziki şəxslər üçün təyin olunmuş ödəniş məbləği 20, korporativ iştirakçılar üçün isə (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 manat təşkil edirdisə, aprelin 21-dən başlayaraq qeydiyyatdan keçmək istəyən hər kəs – yerli və xarici vətəndaşlar 40 manat ödəməli olacaq. Həmçinin tələbələr üçün pulsuz qeydiyyat da ləğv olunub.

Qeydiyyat məntəqələri "28 Mall"un I mərtəbəsində, "Port Baku Mall"da yerləşən “GoSport”da, eləcə də "Gənclik Mall”da yerləşən “GoSport” idman malları mağazasının önündə quraşdırılan stenddə fəaliyyət göstərir. Məntəqələr hər gün saat 10:00-dan axşam saat 21:00-a qədər açıq olacaq.

Qeyd edək ki, aprelin 30-da keçiriləcək “Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə SMG şirkəti həyata keçirir.

Qaynar.Az

Xəbər Lenti
Bütün Xəbərlər »