Bakıda sürücü yolun bağlanmasına belə etiraz etdi - FOTOLAR

20.04.2017 | 13:50

Bakıda sürücü yolun bağlanmasına belə etiraz etdi

Bir neçə gündür təmirinə başlanmış Binəqədi-Novxanı yolunda maraqlı hadisə baş verib. 

Lent.az xəbər verir ki, “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, təmir gedən ərazidə yol bağlı olsa da, sürücülərdən biri mütləq bağlanmış hissəyə keçməli olduğunu bildirib. Ona izah edilib ki, yol təmirlə əlaqədar bağlıdır və ora keçmək olmaz. Buna etiraz edən sürücü isə “Mercedes” markalı maşınını düz qreyderin təkərinin altında saxlayaraq çıxıb gedib.

Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik.

Qaynar.Az


Xəbər Lenti
Bütün Xəbərlər »