Başqa heç kimin dözə bilməyəcəyi vərdişlər - Çinin ağlasığmaz sirrləri

11.01.2017 | 23:37

Başqa heç kimin dözə bilməyəcəyi vərdişlər -

Çinli olmaq çox ağırdır. Çünki yarım milyarddan çox insanın sosial müavinətsiz yaşadığı bu ölkədə nəinki ac qalmamaq, hətta yatmağa yer tapmaq üçün çoxlu işləməlisiz. Amma Çinli uşaqlar buna hazırdır. Ona görə ki, onlar birinci sinifdən bu ağırlığa öyrənir. Bəs Çin məktəbləri uşaqları bu çətin həyata necə hazırlayır?

İstilik sistemi yoxdur

Çinin bir çox məktəblərində istilik sistemi yoxdur. Ona görə də qışda müəllimlər və şagirdlər üst geyimlərini çıxartmırlar. Yalnız ölkənin şimalında evlər mərkəzləşmiş istilik sistemi ilə təchiz edilib. Mərkəzdə və cənubda evlər orta temperatura uyğun tikilib. Qışda temperatur sıfıra ensə, evləri isitməyin yeganə yolu kondinsionerdir. Çin məktəblərində geyim idman formasıdır - geniş şalvar və gödəkcə. Yalnız kostyumun rəngləri və sinəsindəki məktəb emblemi fərqlənir. Məktəblərin bütün əraziləri böyük dəmir qapılarla hasarlanıb, onları həmişə bağlı saxlayırlar.

Hər gün səhər

Çin məktəblərində gün gimnastika ilə başlayırlar. Daha sonra isə günün əsas xəbərləri səsləndirilir. Sonra məktəb və dövlət rəmzi olan bayraq qaldırılır. Üçüncü dərsdən sonra bütün uşaqlar gözlərini dincəltmək üçün tapşırıqlar edirlər. Gözləri bağlı sakitləşdirici musiqi dinləyirlər.

Səhər gimnastikası ilə yanaşı, gündüz gimnastikası da edilir. Sinifdə yer olmazsa, bu proses dəhlizdə həyata keçirilir. Uşaqlar əlləri göydə tullanırlar.

Nahar

Çin məktəbliləri üçün ən böyük dəyişiklik nahar fasiləsi hesab olunur. Bu təxminən 1 saat çəkir. Bu zaman uşaqlar yeməkxanaya qaçır (əgər məktəbin yeməkxanası yoxdursa, yemək xüsusi sinidə gətirilir) yemək yeyəndən sonra, qaçmaq, əylənmək üçün də zaman qalır. Çində bütün müəllimlər məktəblərdə pulsuz nahar edir. Ənənəvi nahar ət, tərəvəz, düyü və şorbadan ibarətdir. Bahalı məktəblərdə əlavə meyvə və yoqurt da təklif edilir. Bəzi kiçik məktəblərdə yeməkdən sonra 5 dəqiqə yatmağa icazə verilir.

Müraciət

Müəllimə xüsusi hörmət var. Müəllimin soyadından sonra mütləq müəllim sözü işlədilir. Məsələn, Çjan müəllim. Hətta bir müəllimin hər hansı şagirdə dərs deyib-deməməsi önəmli deyil, müəllimi görən kimi baş əyib, ona ehtiramlarını bildirirlər.

Cəzalar

Çin məktəblərində fiziki cəzalar adi hal alıb. Hər hansı günah üstündə müəllim şagirdi döyə, yaxud da müxtəlif alətlə cəzalandıra bilər. Bir şagirdin dərsini öyrənmədiyinə görə çubuqla döyülməsi adi haldır.

Reytinq

Sinifdə şagirdlərin dərsə marağını artırmaq üçün stimullaşdırıcı üsullar tətbiq edilir. Qiymətləndirmə meyarı A-dan F-ə qədərdir. Ən yüksək göstərici “A” 90-100 faiz deməkdir, ən az isə “F” 59 faizə uyğundur. Yaxşı dərs oxumaqla yanaşı, özünü dərsdə intizamlı aparmaq da qiymətlərə təsir göstərir. Dərsdə əlavə söhbət, habelə səhv hərəkətə görə ballar və ulduzlar silinir. Bütün bunlar hamısı jurnala yox, lövhəyə yazılır. Nəticələr hər kəsin gözü qarşısında olduğundan rəqabət mühiti də yaranmış olur.

Hər gün 10 saat

Çinli uşaqlar, adətən, gündə 10 saat dərs oxuyurlar. Dərslər səhər saat 08-də başlayır və 3-4 saat davam edir. Evə gedəndən sonra isə axşama qədər sonsuz ev tapşırıqlarını edirlər. Böyük məktəblərdə əlavə repititor məşğələləri, həmçinin idman və incəsənət sahəsində əlavə kurslar təşkil olunur. Çinli uşaqlara uğur üçün ən böyük təzyiqi valideynləri göstərir. Çünki ibtidai təhsildə imtahanda uğur qazana bilməyən uşaq üçün universitet təhsili sifariş edilməlidir. Çində icbari təhsil 12-13 ildir.

Dövlət və özəl

Çində məktəblər dövlət və özəl olmaqla iki yerə bölünür. Özəl məktəblərdə təhsil xərcləri ayda 1000 dollara çata bilər. Əlbəttə, orada təhsilin səviyyəsi də yüksəkdir. Bu məktəblərdə əsas diqqət xarici dilin öyrənilməsinə yönəldilir. Gündə 2-3 ingilis dili dərsi olur və 5-6-cı siniflərdə şagirdlər bu dildə müstəqil şəkildə danışırlar. Şanxayda isə dövlət məktəblərində xarici ölkələrdən dəvət edilmiş müəllimlər dərs keçir, orada da mükəmməl ingilis dili öyrədilir. Bütün xərclər isə dövlət proqramına əsasən ödənilir.

Əzbərçilik

Çin təhsili mexaniki yaddaşa əsaslanıb. Uşaqlar sadəcə materialı əzbərləyir. Bunun effektli olmadığını anladıqlarından daha çox yaradıcılığa əsaslanan təlim metodları hazırlanır.

Kasıb uşaqlar

Oxumaq istəməyən kasıb uşaqlar tez-tez məktəblərdən uzaqlaşdırılır. Onlar Kunq fu təlimlərinə göndərilirlər. Şagirdlər gün ərzində orada qalır, axşama qədər məşq edirlər. Burada onlara baza ibtidai sinif dərsləri öyrədilir. Onların oxuyub yazmağı öyrənməsi mütləqdir. Çin dilinin çətinliyini nəzərə alsaq, bu, heç də asan iş deyil. Üstəlik, burada da fiziki cəzalar var. Adətən, zəif uşaqlar “bərkiməsi” üçün bu məktəblərə yönləndirilir.

Çinli uşaqların adi məktəb, ya da kunq fu öyrənməsindən asılı olmayaraq onlar mütləq yaxşı işləməyi, böyüklərə hörmət və intizamı öyrənirlər. Bu səbəbdən Çinlilər elm, mədəniyyət və incəsənətin bir çox sahələrində lider mövqelərini qoruyurlar. Avropalılarla rəqabət aparmaq onlar üçün çətin deyil. Çünki onlar ardıcıl 10 saat oxumağa öyrəşiblər. Hər gün, il boyu.(publika)

Qaynarinfo.Az


HƏMÇİNİN OXU
Loading...
Xəbər Lenti
Bütün Xəbərlər »