Dollar satışının bərpası “qara bazarı” çökdürdü - QİYMƏTLƏR

12.01.2017 | 13:32

Dollar satışının bərpası “qara bazarı” çökdürdü -
Bu gün “qara bazar”da xarici valyutanın alış-satış qiymətləri bir qədər də ucuzlaşıb. 

Qaynarinfo.Az fins.az-a istinadən xəbər verir ki, indi qanunsuz valyuta bazarında 1 dollar 1,8400 manata satılır.

Dolların “qara bazar”da alışı isə daha ucuzdur - 1,8200 manat. Bankların dolar satışını bərpa etməsi bu sektorun sürətlə zəifləməsinə səbəb olub. 

Bu gün keçirilən valyuta hərracından sonra vəziyyətin bir qədər də yumşalacağı gözlənilir.

Qaynarinfo.Az 

Xəbər Lenti
Bütün Xəbərlər »