“Eurovision” yarışmasında Azərbaycanın qələbə şansı varmı? - REYTİNQ

21.04.2017 | 22:01

“Eurovision” yarışmasında Azərbaycanın qələbə şansı varmı?
Bukmekerlər may ayında Kiyevdə keçiriləcək “Eurovision” mahnı müsabiqəsində hansı ölkənin nümayəndəsinin qalib gələcəyinə dair pul qoyuluşlarının qəbuluna başlayıblar. Azərbaycan nümayəndəsinə “stavka” edənlər 51:1 nisbətində qazanca ümid bağlaya bilərlər.

"Qaynar" virtualaz.org-a istinadən xəbər verir ki, qələbəyə əsas namizəd kimi İtaliya təmsilçisi Françesko Qabbani göstərilir. İtaliyalının qələbə şansı cəmi 2,1:1 əmsalı ilə ölçülür, bu isə onun şəksiz favorit olması deməkdir.

Bukmekerlərin siyahılarında sonrakı yerləri Bolqarıstan, İsveç, Portuqaliya və Belçika tutur. Azərbaycan 9-14-cü yerləri bölüşdürür.


Qaynar.Az

Xəbər Lenti
Bütün Xəbərlər »