Kral ailəsinin üzvləri 1,5 il sonra girovluqdan azad olundular - Milyonlarla dollar...

21.04.2017 | 20:40

Kral ailəsinin üzvləri 1,5 il sonra girovluqdan azad olundular -
İraqda 16 ay əvvəl aralarında Qətərin kral ailəsinin üzvlərinin də olduğu 26 nəfər girovluqdan azad olunublar.

"Qaynar" aznews.az-a istinadən xəbər verir ki, girovların azad olunması bir ərzində aparılan danışıqlar nəticəsində mümkün olub. Onların azad olunması üçün bir neçə milyon dollar məbləğində pul verilib.

Qətərin kral ailəsinin üzvləri 2015-ci ilin dekabr ayında İraqın cənubunda ov düşərgəsində naməlum şəxslər tərəfindən girov götürülüblər. Hadisəyə görə heç kim məsuliyyəti öz üzərinə götürməmişdi.

Qaynar.Az

Xəbər Lenti
Bütün Xəbərlər »